Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci ildən etibarən II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının tarix fənni üzrə qəbul proqramına II Qarabağ müharibəsi ilə bağlı ayrıca bölmə daxil edilib.
Hafta.az xəbər verir ki, bu barədə DİM-in məlumatında qeyd edilib. Bildirilib ki, Böyük Zəfər: ərəfə, Tovuz döyüşləri, Vətən (İkinci Qarabağ) müharibəsi, “Qisas” əməliyyatı, Lokal antiterror əməliyyatı, Qarabağ antiterror əməliyyatından sonra, 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri, Rusiya sülhməramlılarının Qarabağ iqtisadi rayonundan çıxarılması, Qarabağda və Şərqi Zəngəzurda quruculuq, Böyük Qayıdışın ilk addımları və sair mövzular proqramda öz əksini tapıb. Qeyd edilib ki, 2021-ci ildən etibarən qəbul imtahanlarının özündə də bu bölmə üzrə ən azı bir test tapşırığına yer verilir.